İcra başçısının oğlu daxili işlər orqanlarından kənarlaşdırılıb
Tarix: 13-09-2021 11:31 | Bölmə: Cəmiyyət
İcra başçısının oğlu daxili işlər orqanlarından kənarlaşdırılıb

Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından xaric edilib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən il xüsusi karantin rejiminin pozulması ilə bağlı Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı vətəndaşlarla kobud davranışı ilə gündəmə gələn Şəhriyar Hüseynov bu ilin iyul ayında öz raportu əsasında daxili işlər orqanlarından kənarlaşdırılıb.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.

Qeyd edək ki, Şəhriyar Hüseynov Suraxanı rayonunun icra başçısı Əziz Əzizovun kürəkənidir. Ş. Hüseynov Yasamal hadisələrindən sonra oradakı vəzifəsindən çıxarılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi. Bu ilin fevral ayında isə həmin vəzifəsindən də çıxarılaraq sərəncama götürülmüşdü.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq