Yüksək vəzifəli şəxs koronavirusdan vəfat edib - Foto
Tarix: 13-09-2021 11:43 | Bölmə: Cəmiyyət
Yüksək vəzifəli şəxs koronavirusdan vəfat edib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə Komitədən bildiriblər.

Məlumata görə, Alim Süleymanov koronavirus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, A. Süleymanov 22 sentyabr 1955-ci ildə Zəngilan rayonunda anadan olub. O, 2015-ci ildən Komitənin Aparat rəhbəri vəzifəsində çalışırdı.



A.Süleymanov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq