Təyyar Eyvazov: "Uşaqların yoluxmaması üçün bütün lazımi addımlar atılmalıdır”
Tarix: 15-09-2021 15:20 | Bölmə: Cəmiyyət
Təyyar Eyvazov: "Uşaqların yoluxmaması üçün bütün lazımi addımlar atılmalıdır”
[b]
“Pandemiya dövründə tədrisin necə təşkil olunması ilə bağlı Səhiyyə Nazirliyinin qaydaları var”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, valideynlər hər gün övladları ilə söhbət etməlidirlər: “Övladının səhhətində problem olan valideyn onu məktəbə göndərməməlidir. Delta ştamının sürətlə yayıldığını nəzərə alaraq, ailədaxili yoluxma halları müşahidə oluna bilər. Odur ki, valideyn evdə övladının bədən hərarətini mütəmadi yoxlanılmalıdır”.

T.Eyvazov xatırladıb ki, bəzi uşaqlarda infeksiyaya yoluxduqdan sonra missiya sindromu yarana bilər: “Yoluxma halları uşaqlar arasında adətən ağırlaşma səbəb olmur. Məktəblərin açılması kütləviliyin olması deməkdir. Uşaqların yoluxmaması üçün bütün lazımi addımlar atılmalıdır”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq