“Pfizer” şirkəti 5 yaşa qədər uşaqların peyvənd edilməsini istəyir
Tarix: 15-09-2021 18:01 | Bölmə: Cəmiyyət
“Pfizer” şirkəti 5 yaşa qədər uşaqların peyvənd edilməsini istəyir

“Pfizer” noyabrda 6 aydan 5 yaşa qədər uşaqların “COVID-19”a qarşı peyvənd edilməsi üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Pfizer” şirkətinin maliyyə direktoru Frank D’Amelio bildirib.

O qeyd edib ki, “Pfizer” və “BioNTech” şirkətləri aidiyyəti qurumdan icazə üçün müraciət edəcəklər.

D’Amelio 6 aydan 5 yaşa qədər olan uşaqlar üçün peyvənd təsdiqləmə müraciətinin 5-11 yaş aralığına tətbiq edildikdən sonra qəbul edilə biləcəyini qeyd edib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq