Bakıda insan sümükləri aşkarlanıb
Tarix: 16-09-2021 00:01 | Bölmə: Cəmiyyət
Bakıda insan sümükləri aşkarlanıb

Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Reyting.az
Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq