Səyyad Əlizadənin bacısı prezidentə və birinci xanıma müraciət edib - Video
Tarix: 16-09-2021 13:44 | Bölmə: Cəmiyyət
Səyyad Əlizadənin bacısı prezidentə və birinci xanıma müraciət edib

Tanınmış müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Reyting.az
xəbər verir ki, S. Əliyeva müraciətində qardaşının ağır durumda olduğuna diqqət çəkib:

“Səyyad indi zülmətdədir. Sizdən kömək istəyirəm. Bəhram Bağırzadəni xalqa qaytaran həkimlər onu da qaytarsınlar. Mehriban xanım, ümid yerim Sizsiniz”.

Qeyd edək ki, koronavirusa yoluxan S. Əlizadənin durumu ağırdır. O, müalicə olunduğu Zığ qəsəbəsindəki modul tipli xəstəxanada bu gün komaya düşüb.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq