Daşkəsəndə dolu düşüb, elektrik kəsilib, nəqliyyatın hərəkəti çətinləşib
Tarix: 17-09-2021 16:14 | Bölmə: Cəmiyyət
Daşkəsəndə dolu düşüb, elektrik kəsilib, nəqliyyatın hərəkəti çətinləşib

Qərb bölgəsində güclü külək əsir, dağlıq rayonlara dolu düşüb.

Məlumata görə, günorta saatlarından dağlıq və dağətəyi rayonlarda hava şəraiti kəskin dəyişib.

Daşkəsəndə güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bir neçə dəqiqə Daşkəsənə və ətraf dağlıq rayonlara dolu düşüb.

Hava şəraiti səbəbindən bəzi yerlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik olub.

Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti müşahidə olunur/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq