İmişlidə bibisi oğlunu öldürən şəxs tutulub
Tarix: 18-09-2021 11:32 | Bölmə: Cəmiyyət
İmişlidə bibisi oğlunu öldürən şəxs tutulub

Sentyabrın 18-də rayonun Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli Rayon Prokurorluğundan Reyting.az-a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin dayısı oğlu Azad Mürsəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi evin həyətyanı sahəsində qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq