COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini 2 ay daşıyır
Tarix: 18-09-2021 12:06 | Bölmə: Cəmiyyət
COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini 2 ay daşıyır

ABŞ-da alimlər koronavirusa yoluxan şəxslər üzərində tədqiqat aparıblar.

"Habertürk" xəbər verir ki, peyvənddən əvvəl koronavirusa yoluxanların 35 faizi nəticəsi pozitiv çıxan ilk testdən iki ay sonra da simptomlardan ən azı birini daşıyır.

Xüsusilə yaşı 40-dan çox olanlarda, qadınlarda, sağlamlıq problemləri olanlarda COVID-19-un əlamətlərinə daha çox rast gəlinir. Bu, özünü əsasən halsızlıq, nəfəsalmada çətinlik, iy və dad bilmənin itməsi, əzələ ağrıları olaraq göstərir/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq