Salyanda Qarabağ qazisi ilə məşhur çilingərin oğlu intihar edib - Foto
Tarix: 18-09-2021 21:57 | Bölmə: Cəmiyyət
Salyanda Qarabağ qazisi ilə məşhur çilingərin oğlu intihar edib

Bu gün Salyanda iki intihar hadisəsi baş verib.

Reyting.az
Mia.az-a istinadla xəbər verir ki, 48 yaşlı "Stansiya" sakini Hüseynov Nəsimi Xasay oğlu və Aşağı Kürkənd sakini 46 yaşlı Aqafonov Aleksey Petroviç özlərinə qəsd ediblər.

Məlumata görə, Salyanın Aşağı Kürkəndində intihar edən 1976-cı ildə anadan olan Aqafonov Aleksey Petroviçin kombi sistemi üzrə respublikada tanınmış ustalardan biri imiş.

Məlumatda o da deyilir ki, Alekseyin atası da tanınmış çilingər olub. O, 1990-cı ildə baş verən 20 Yanvar faciəsindən 2 gün sonra Azərbaycan xalqına qarşı törədilmiş qırğına etiraz olaraq intihar edib.

Bu gün həm də Alekseyin anasının ildönümü imiş...

Salyanın "Kolzoxstroy" yaxınlığındakı meşəlikdə özünü asaraq inithar edən Nəsimi Hüseynli də çox vətənpərvər insan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, ağır yaralanıbmış. 

Allah hər ikisinə rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq