Uşaqlar arasında RSV virusuna yoluxma artıb
Tarix: 19-09-2021 11:28 | Bölmə: Cəmiyyət
Uşaqlar arasında RSV virusuna yoluxma artıb

ABŞ, İsveçrə, Yaponiya və Böyük Britaniyada həkimlər uşaqlar arasında az tanınan tənəffüs sinsitial virusuna kütləvi yoluxma qeydə alıblar.

Reyting.az
-ın məlumatına görə, ABŞ-da Nyu-York xəstəxanalarının birində uşaq yoluxucu xəstəliklər şöbəsinin müdiri Rabia Ağa bildirib ki, uşaqların yeni bir virusa yoluxma halları, aprel ayında tənəffüs sinsitial viruslarının yayılmasına təsir edən COVID-19 pandemiyası fonunda baş verib. Karantin tədbirləri səbəbindən uşaqlarda virusa qarşı immunitet yaranmayıb.

Körpələr və uşaqlar arasında RSV virusuna yoluxma hallarının artması koronavirus tədbirlərinin zəifləməsindən sonra baş verib.(Trend)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq