Təhsil işçilərinin 90 faizə yaxını peyvənd edilib
Tarix: 20-09-2021 17:31 | Bölmə: Cəmiyyət
Təhsil işçilərinin 90 faizə yaxını peyvənd edilib

Təhsil işçilərinin vaksinasiyası prosesi davam etdirilir.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib. Bakı şəhəri üzrə bu göstərici 88, Sumqayıt şəhəri üzrə 92, Gəncə şəhəri üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq