13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Bakıda daha bir beynəlxalq tədbir keçiriləcək - Foto
Tarix: 20-09-2021 18:44 | Bölmə: Cəmiyyət
Bakıda daha bir beynəlxalq tədbir keçiriləcək

27-29 sentyabrda Bakı şəhərində 19-cu Beynəlxalq Türk Dünyası Sosial Bilimlər Konqresi keçiriləcək. Bu barədə Reyting.az-a Türk Dünyası Araşdırmaları Vəqfindən məlumat verilib.

Bildirilib ki, bu dəfə Azərbaycan Dövlət İqtisad Üniversitetinin ev sahibliyi edəcəyi Konqresin məqsədi türk dünyasının ixtisaslı elm və dövlət adamlarını bir araya gətirərək, sosial elmlər sahəsində məlumat, fikir və təklifləri bölüşmək, türk dünyasının problemlərinin həlli yollarını axtarmaq və müasir gələcəyinə işıq salmaqdır:

“Pandemiya səbəbilə onlayn keçiriləcək Konqresdə türk dünyasının elm adamları, tanınmış rektorlar açılışda birbaşa iştirak edəcək. Belə ki, Türk Tarix Qurumu Başqanı Prof. Dr. Birol Çetin, ÖSYM Başkanı Prof. Dr. Halis Aygün, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Prof. Dr. Ədalət Muradov, Sakarya Universitenin rektoru, Prof. Dr. Fatih Savaşan, Ankara Hacı Bayram Universitenin rektoru, Prof. Dr. Yusuf Tekin, İzmir Yüksek Teknoloji Universitetinin rektoru Prof. Dr. Yusuf Baran, Niğde Ömer Halisdemir Universitetinin rektoru Prof. Dr. Muhsin Kar, Qırgızıstan Türk-Qırğız Manas Universitetinin rektoru Prof. Dr. Alpaslan Ceylan, Şimali Makedonya Vizyon Universitetinin rektoru Prof. Dr. Fadıl Hoca, Qazaxıstan Miras Universitetinin rektoru Prof. Dr. Bolat Mırzaliyev, Ankara Qazi Universitetinin rektor vəkili Prof. Dr. Fahri Temizyürek, Türk Dünyası Araşdırmaları Vəqfi Başqanı Közhan Yazgan, TUDİFAK-ın keçmiş dekanı Prof. Dr. İsmail Tatlıoğlu, TÜRKSAM fəxri Başqanı və TUDİFAK-ın keçmiş dekanı Dr. Sinan Oğan, Konqres Koordinatoru Prof. Dr. A.Vecdi Can (Sakarya Üniversitetsi), Türk Dünyası İqtisad Fakültəsi dekanı Prof. Dr. Mehmet Yüce Konqresin açılışına qatılacaqlar. Onlar türk dünyasının üfüqünü açacaq son dərəcə faydalı fikirlər ortaya qoyub yol göstərəcəklər. Açılışdan sonra Konqres öz işini onlayn davam etdirəcək”.

O da vurğulanıb ki, qonaqlar iyulun 28-də Azərbaycanın işğaldan azad etdiyi Qarabağa səfər edəcəklər.





Bölməyə aid digər xəbərlər