Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb
Tarix: 21-09-2021 17:45 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil edilən müsahibələrdə namizədlərə biliyi və metodiki hazırlığı, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunub.

Qeyd edək ki, müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}