Koronavirus xəstəsi yaşadığı ünvanı hansı hallarda tərk edə bilər?
Tarix: 22-09-2021 09:03 | Bölmə: Cəmiyyət
Koronavirus xəstəsi yaşadığı ünvanı hansı hallarda tərk edə bilər?

Koronavirus xəstəsi yaşadığı ünvanı istisna hallarda tərk edə bilər.

Reyting.az
-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, istisna hal yaranarsa, müvafiq olaraq səhiyyə qurumu məlumatlandırılmalı və təlimat üzrə hərəkət edilməlidir.

E. Hacıyev deyib ki, əks təqdirdə heç bir halda müalicə təyin olunan koronavirus xəstəsi yaşadığı ünvanı tərk etməməlidir.

Qeyd edək ki, karantin qaydalarına əsasən koronavirusa yoluxmuş şəxs 14 gün ərzində yaşadığı ünvanı tərk edə bilməz. Sahə həkimləri evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməli, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verməlidir.(Trend)




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}