Füzulidə əməliyyat: üç nəfər saxlanılıb
Tarix: 23-09-2021 10:29 | Bölmə: Cəmiyyət
Füzulidə əməliyyat: üç nəfər saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri İlkin Əhmədov, əvvəllər məhkum edilmişlər Sərvan Əliyev və Əli Bəylərov saxlanılıblar.

Axtarışlar zamanı saxlanılan şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}