Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobildən oğurluq edən tutulub
Tarix: 23-09-2021 13:36 | Bölmə: Cəmiyyət
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobildən oğurluq edən tutulub

Bakıda avtomobildə oğurluq olub.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinə məxsus “İveco” markalı avtomobildən 2187 manat dəyərində akkumulyator və 5 ədəd təkər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq