İranlı nazir müavini Ağdamda Natəvanın ermənilər tərəfindən dağıdılmış məzarına baxıb
Tarix: 23-09-2021 15:09 | Bölmə: Cəmiyyət
İranlı nazir müavini Ağdamda Natəvanın ermənilər tərəfindən dağıdılmış məzarına baxıb

İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur, Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur Ağdam rayonuna səfər edib.

Məlumata görə, qonaqlar Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində vəziyyətlə tanış olacaq, ermənilərin işğal müddətində törətdiyi vəhşiliklərin şahidi olacaqlar.

Onlar ilk olaraq Qarabağ xanlığının qurucusu Pənahəli xanın “İmarət” kompleksində olub, ermənilərin burada törətdiyi dağıntıları, erməni vandalizminin izlərini gözləri ilə görüblər.

Xan qızı Xurşidnanu Natəvanın ermənilər tərəfindən qazılıb dağıdılmış, təhqir olunmuş məzarı qonaqlara göstərilib/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}