Peyvənd olunmayan tələbələr dərsə buraxılmayacaq
Tarix: 23-09-2021 16:11 | Bölmə: Cəmiyyət
Peyvənd olunmayan tələbələr dərsə buraxılmayacaq

Tədris prosesini əyani formaya keçirərkən məsələlər bütün müvafiq qurumlarla müzakirə edilib.

Reyting.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

N. Məmmədli bildirib ki, əyani tədrisin epidemioloji vəziyyət maksimum dərəcədə nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, 18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub. Onlar vaksinasiyadan keçmədiyi halda təhsil müəssisələrinə buraxılmayacaqlar.

Şöbə müdiri ehtimal edir ki, vaksinləşmə prosesi davam etdikcə, peyvənd vurdurmuş tələbələr təhsil müəssisələrinə gəldikdə belə, onlar yoluxma sayının artmasına təsir etməyəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}