Reza Deqatiyə Mətbuat Şurasının fəxri diplomu təqdim edilib
Tarix: 23-09-2021 18:07 | Bölmə: Cəmiyyət
Reza Deqatiyə Mətbuat Şurasının fəxri diplomu təqdim edilib

b]Bu gün dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub.

Reyting.az [/b]Şuraya istinadla xəbər verir ki, Əflatun Amaşov görüşdə rəhbərlik etdiyi təşkilatın Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur.

İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Ə.Amaşov bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan R.Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır.

Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun fəxri diplomunu qonağa təqdim edib.

R.Deqati bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurub, ekoloji terror həyata keçirib, qəbiristanlıqlarda vəhşiliklər törədib, şəhərləri, kəndləri viran qoyublar. Səfərdə məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}