Sabiq icra başçısına 7 il 3 ay həbs cəzası verilib
Tarix: 30-09-2021 23:22 | Bölmə: Cəmiyyət
Sabiq icra başçısına 7 il 3 ay həbs cəzası verilib

Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Qoca Səmədov bu gün Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Q. Səmədov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Q. Səmədovun bir müddət əvvəl səhhətində yaranan problemlə bağlı məhkəmənin qərarı ilə başqa yerə getməmək barədə iltizam tədbiri seçilərək azadlığa buraxılmışdı.

Xatırladaq ki, Q. Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq