37 mindən çox şəxsə əlillik təyinatı aparılıb
Tarix: 01-10-2021 12:24 | Bölmə: Cəmiyyət
37 mindən çox şəxsə əlillik təyinatı aparılıb

Bu il 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb, onlardan 12 mindən çoxuna ilkin, qalan hissəsinə təkrar əlillik təyin olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanır. Aidiyyəti qurumlarla, o cümlədən Müdafiə Nazirliyi ilə bu sahədə koordinasiya olunmuş şəkildə ardıcıl işlər aparılır. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi də bu istiqamətdə öz töhfəsini verir. Artıq 2 minədək qaziyə əlillik və sosial ödənişlər təyin olunub, proses davam edir.

İclasda Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Agentliyin gördüyü işlər və qurumun planlarına dair təqdimatla çıxış edib. Həmçinin Agentlikdə sənədlər və vətəndaş müraciətləri ilə iş, “Əlillik” və “Reabilitasiya” altsistemlərinin funksional imkanlarının artırılması üçün aparılan işlər, reabilitasiya müəssisələrinin, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin fəaliyyəti barədə təqdimatlar edilib. Vətəndaşların reabilitasiya mərkəzlərinə qəbulu üçün qeydiyyatın “onlayn müstəviyə keçirildiyi, vahid reabilitasiya informasiya idarəetmə sisteminin yaradılmasının nəzərdə tutulduğu, bu il reabilitasiya mərkəzlərində 5 mindən çox şəxsə xidmət göstərildiyi, əlilliyi olan şəxslərə 35 mindən çox reabilitasiya vasitəsi verildiyi, qazilərin yüksək texnologiyalı protezlə təminatı işlərinin davam etdirildiyi qeyd edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq