Təhsil naziri uşaqların məktəbə qəbul yaşının aşağı salınmasını istəyir
Tarix: 01-10-2021 20:34 | Bölmə: Cəmiyyət
Təhsil naziri uşaqların məktəbə qəbul yaşının aşağı salınmasını istəyir

Azərbaycanın Təhsil naziri Emin Əmrullayev uşaqların məktəbə qəbul yaşının aşağı salınmasını istəyir.

Reyting.az
-ın məlumatına görə, E. Əmrullayev "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda deyib ki, erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir: “Uşaqlar 1-5 yaşında bağçaya gedə bilir, bu baxımdan, erkən uşaq təhsili baxımından zəiflik hiss olunur".

Onun sözlərinə görə, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşı ilə bağlıdır:

"Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq. Bu baxımdan siyasət formalaşdıran tərəflər çalışmalıdılar”.

Nazir əlavə edib ki, qarşımızda duran ikinci vacib məsələ təhsilin kontenti, məzmunudur: “Uşaqları nəyə hazırlayırıq? 10-15 yaşında olan uşaqlar 20-30 ildən sonra soruşacaqlar bizə nə öyrətdiniz, bunun bir faydası varmı, həyatımız necə dəyişdi? Daha yaşlı nəslin ideyaları gənc nəslə nə qədər ötürülür? Biz gələcyi görürükmü? Bu, əsas həlledici suallardan biridir".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq