Hacıqabulda avtobus qəzası: 12 nəfər yaralanıb - Fotolar
Tarix: 02-10-2021 17:52 | Bölmə: Cəmiyyət
Hacıqabulda avtobus qəzası: 12 nəfər yaralanıb

Hacıqabul rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İri tutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.

Qəza nəticəsində 12 nəfər yaralanıb. TƏBİB-in məlumatına görə, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Xəstələr əsasən bud-baldır travmaları alıb. Onların hamısı Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.






Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq