Sabah qar yağacaq, leysan olacaq - Proqnoz
Tarix: 03-10-2021 15:25 | Bölmə: Cəmiyyət
Sabah qar yağacaq, leysan olacaq

Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.

Ptoqnoza görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-22° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Oktyabrın 4-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq