13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Tovuzda ağır qəza: ölən və yaralılar var
Tarix: 05-10-2021 09:50 | Bölmə: Cəmiyyət
Tovuzda ağır qəza: ölən və yaralılar var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun girişində, "ASAN Xidmət"in binası qarşısında qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Məlumata görə, "Prado" ilə "Mercedec"in toqquşması nəticəsində həyatını itirən şəxsi rayonun Kirən kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Samir Elman oğludur.

Xəsarət alanlar isə Kirən kənd sakinləri - 1999-cu il təvəllüdlü Səməndərov Yasin Afiq oğlu, 1986-cı il təvəllüdlü Rzayev Muxtar Kamandar oğlu, 1997-ci il təvəllüdlü Əyyubov Anar Mahir oğlu, 1989-cu il təvəllüdlü Cəfərov Samir Fərmail oğlu, 1995-ci il təvəllüdlü Nərimanov Sərxan Mahir oğludur. Yaralılardan Əyyubov Anar Mahir oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər