“Facebook”, “Instagram” və “WhatsApp”dakı problemin səbəbi açqılanıb
Tarix: 05-10-2021 12:18 | Bölmə: Cəmiyyət
“Facebook”, “Instagram” və “WhatsApp”dakı problemin səbəbi açqılanıb

Oktyabrın 4-də “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçilərinin bir neçə saat adıçəkilən platformalara daxil ola bilməməsinin səbəbi açıqlanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, “Facebook” şirkəti tərəfindən açıqlanan məlumata əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara səbəb konfiqurasiyada səhvən edilən dəyişiklikdir.

Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib.

Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.

Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyət məlumatlandırılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq