Bakıdakı daha iki məktəbin şagirdlərində koronavirus aşkarlanıb
Tarix: 06-10-2021 11:03 | Bölmə: Cəmiyyət
Bakıdakı daha iki məktəbin şagirdlərində koronavirus aşkarlanıb

Bakı şəhərində daha iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma halları olduğundan bir neçə sinif distant təhsilə keçib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Anoloji hadisə “Baku-Oxford School”da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hər üç təhsil müəssisəsinin digər siniflərində əyani təhsil davam edir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq