Kollecdə rüşvət: 50 manat verməyənlər dərsə buraxılmayıb
Tarix: 07-10-2021 11:49 | Bölmə: Cəmiyyət
Kollecdə rüşvət: 50 manat verməyənlər dərsə buraxılmayıb

Paytaxtdakı Texniki-Humanitar Liseydə şagirdlərdən 50 manatdan pul yığıldığı iddia edilir. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Valideynlərin məlumatına görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyən şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib.

Pulun hansı məqsədlə yığıldığı bilinmir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

İdarədən bildiriblər ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzindədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq