Universitetə prorektor təyin olunub
Tarix: 07-10-2021 14:53 | Bölmə: Cəmiyyət
Universitetə prorektor təyin olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat olub.

Reyting.az
xəbər verir ki, rektor Ədalət Muradov yeni prorektor Neman Muradlını Beynəlxalq əməkdaşlıq departamentinin kollektivinə təqdim edib.

Qeyd edək ki, Neman Muradlı 1986-cı ildə anadan olub. 2007-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib. 2009-2010-cu illərdə Koreya Respublikasında Koreya İnkişaf İnstitutunun Dövlət siyasəti və idarəetmə fakültəsində magistr təhsili alıb. 2011-2017-ci illrədə Kyung HEE Universitetinin Dövlət idarəetməsi fakültəsində doktorantura təhsili alıb. 2017-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək, Kyung HEE Universiteti tərəfindən “Dövlət idarəetməsi” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2013-2015-ci illərdə Seul şəhərində fəaliyyət göstərən “Samsung Engineering” şirkətində, 2015-ci ildən 2021-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Fondunda işləyib. 2017-ci ildən UNEC-in İqtisadiyyat və idarəetmə kafedrasının müəllimidir. 2021-ci ilin oktyabrında UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyin olunub. İngilis, türk və koreya dillərini mükəmməl bilir.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq