13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Valideynlərin xəbəri olmadan övladlarını başqa məktəbə köçürüblər
Tarix: 07-10-2021 16:36 | Bölmə: Cəmiyyət
Valideynlərin xəbəri olmadan övladlarını başqa məktəbə köçürüblər

Abşeron rayonu, Xırdalan şəhər 2 nömrəli məktəbdə təhsil alan şagirdlər valideynlərinin xəbəri olmadan həmin şəhərdəki 3 nömrəli məktəbə köçürülüblər. Bu isə valideynlərin narazılığına səbəb olub.

Reyting.az
-ın məlumatına görə, məsələ ilə bağlı APA-ya müraciət edən valideynlər bildiriblər ki, onların övladları Xırdalan şəhər 2 nömrəli məktəbin rus bölməsi üzrə I sinfinə qəbul olublar. Dərslərin açılmağına 2 gün qalmış valideynlərə xəbər verilib ki, onların övladları 2 yox, 3 nömrəli məktəbdə təhsil alacaqlar. Övladlarının evlərindən nisbətən uzaq məsafədə yerləşən məktəbdə oxumağına etiraz edən valideynlərə bildirilib ki, bu vəziyyət müvəqqətidir.

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən deyiblər ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri başqa məktəbə yerləşdirilib: "Belə ki, şagird sıxlığı ilə əlaqədar olaraq məktəbin rus bölməsinin bəzi ibtidai sinifləri dərslərin tədrisinə Xırdalan şəhər 3 nömrəli məktəbdə davam edəcəklər. Şagirdlərin yerdəyişməsi müvəqqətidir və məsələ ən qısa zamanda həll olunacaq".




Bölməyə aid digər xəbərlər