Abşeronda qətl: 22 yaşlı qadın öldürülüb
Tarix: 08-10-2021 09:26 | Bölmə: Cəmiyyət
Abşeronda qətl: 22 yaşlı qadın öldürülüb

Oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarova yaşadığı evdə öldürülüb.

Abşeron Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq