13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Mərkəz direktoru iş otağında qətlə yetirilib - Yenilənib
Tarix: 08-10-2021 14:30 | Bölmə: Cəmiyyət
Mərkəz direktoru iş otağında qətlə yetirilib

Goranboy rayonunda qətl hadisəsi baş verib.

Reyting.az
-ın məlumatına görə, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında olub. Mərkəzin direktoru Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

***

Prokurorluq Goranboyda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Goranboy Rayon Prokurorluğunun məlumatına görə, oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər