13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
AzTV-nin Akademiyasına yeni rektor təyin olunub
Tarix: 08-10-2021 18:24 | Bölmə: Cəmiyyət
AzTV-nin Akademiyasına yeni rektor təyin olunub
Telli Pənahqızı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru Faiq Hüsiyev vəzifəsindən azad edilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumata görə, QSC-nin sədri Rövşən Məmmədov Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının bu vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Akademiyanın keçmiş rektoru Faiq Hüsiyev isə AzTV-nin İstimai-siyasi Proqramlar Studiyasının Analitik qrupunun rəhbəri təyin olunub.

Qeyd edək ki, Telli Pənahqızı 1980-ci ildən AzTV-də çalışır.

Bu təyinata kimi o, QSC-nin baş proqram direktorunun müavini vəzifəsində işləyirdi.

2019-cu ildən Milli Televiziya və Radio Şurasının üzvüdür.(APA)




Bölməyə aid digər xəbərlər