20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

Məhkəmə çəkişməsi: “Kaspian Servise”nin iddiaları rədd edilir
Tarix: 11-10-2021 11:48 | Bölmə: Cəmiyyət

“Caspian Service” MMC ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsinin bir qrup sakini arasında mənzil problemi ilə bağlı uzun müddətdir məhkəmə çəkişmələri davam edir. Hətta MMC-nin təsisçisi və rəhbəri Rəhim Sultanov bir müddət əvvəl redaksiyamıza müraciət edərək prokurorluq orqanlarının qanunsuz qərarlarından, eləcə də Yasamal Rayon Polis İdarəsində aparılan cinayət işindən narazılığını bildirib.
“Caspian Service” MMC-nin rəhbəri R. Sultanov bildirib ki, şirkətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2003-cü ildə Nəsimi rayonu, Dilarə Əliyeva və Kiçik dəniz küçələrinin kəsişməsində torpaq sahəsi ayrılıb. Kiçik dəniz küçəsi üzrə mənzillərin köçürülməsi zamanı Elmaz Hüseynov və şərikləri Rəhim Sultanova təklif ediblər ki, həmin ərazini və sakinləri yaxşı tanıdıqlarına görə mənzillərin köçürülməsini təşkil edə bilərlər. Şirkətin tikinti işlərinin çoxluğunu nəzərə alan R. Sultanov Kiçik dəniz küçəsində olan sakinlərin köçürülməsini həmin şəxslərə həvalə edib. Əsas problem də bundan sonra yaranıb.
MMC-nin bununla bağlı Reyting.az-a göndərdiyi müraciətlərin yayılması isə qarşı tərəfin - Elmaz Arif oğlu Hüseynovun narazılığına səbəb olub. MMC ilə məhkəmə çəkişməsində olan mülkiyyətçilər Elmaz Hüseynovun, Emin Hüseynovun və Qurban Verdiyevin də mövqeyinə hörmətlə yanaşdığımızı və onların da məsələyə münasibətinə yer ayırmağa hazır olduğumuzu bildirsək də, xeyli müddət sonra qarşı tərəf - Elmaz Hüseynov redaksiyanı qanunları pozmaqda və Rəhim Sultanovun tərəfini saxlamaqda ittiham edib.
Məhkəmə proseslərindən və hüquq-mühafizə orqanlarında aparılan istintaq işlərinin bəziləri başa çatsa da, E. Hüseynov Reyting.az-a göndərdiyi müraciətində yazır ki, “Kaspian Service”nin prezidenti R. Sultanovun Nəsimi rayonu, S. Ələsgərov küçəsində yerləşən evdə mənzillərin mülkiyyətçiləri ilə (həmçinin onunla) uzunmüddətli münaqişəsindən bəhs edən məqalələrdə Konstitusiyanın, “KİV haqqında” Qanunun tələbləri pozulub. E. Hüseynov iddia edir ki, guya redaksiya davam edən məhkəmə proseslərinə və istintaqlara müdaxilə edib, adıçəkilən tikinti baronunun əsassız uydurmalarına yer ayırıb.
E. Hüseynov müraciətində yazır:
“Həmin məqalələrdə reallıqlara və özü-özünə zidd olan əsassız cümlələr yer alıb. Belə ki, vəziyyətdən asılı olaraq və ancaq R. Sultanovun əsassız sözlərinə söykənərək, məhkəmə və prokurorluq orqanları gah tənqid olunur, gah da təriflənir. Bununla yanaşı, məqalələrdə mənim həmin iş üzrə şahid qismində olmaq halım qeyd edilsə də, mən burada əsassız və qanunsuz olaraq cinayətlərin törədilməsində ittiham olunuram. Halbuki, ölkə Konstitusiyasının və cinayət qanunvericiliyinin mütləq tələblərinə görə, heç kəs qanuni qüvvəsini almış məhkəmə qərarı olmadan cinayətin törədilməsində ittiham oluna bilməz. Bundan başqa, mən, məqalələrdə həmin ərazidə xidmət göstərən “makler” kimi təqdim olunuram - halbuki, mən ali təhsilli mütəxəssisəm (həkim) və heç vaxt maklerliklə məşğul olmamışam.
Əgər qarşıya tikinti baronunun sifarişi deyil, əsl həqiqəti əks etdirmək məqsədi qoyulsaydı, tamamilə fərqli faktlar üzə çıxardı.
Belə ki, mən, 2003-cü ildən bu günə kimi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsində yerləşən mənzilin və yarızirzəminin mülkiyyətçisiyəm. Digər vətəndaşlar da mənizllərin sahibləridirlər.
2008-ci ilin noyabr ayında bizim binaya “Kaspian Servise” tikinti şirkəti tərəfindən basqın edildi və binamızın bir hissəsi söküldü (Bu şirkətin prezidenti Rəhim Sultanovdur – Prokurorluqda və DİO-da istintaqa nəzarət edən sahədə uzun müddət məsul vəzifələr tutan Elçin Sultanovun qardaşı). Daşınmaz əmlaklarımızın mənimsənilməsi üçün qanunsuz hərəkətlərə və basqına bilavasitə rəhbərlik edən bu tikinti şirkətinin rəhbərləri həmin vaxt əməllərini Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısının burada çoxmərtəbəli yaşayış binasının inşasına icazə verməsi haqqında sərəncamla əsaslandırdılar”.
E. Hüseynov yazır ki, uzunmüddətli süründürməçilikdən sonra, 2009-cu ildə Nəsimi Rayon Polis İdarəsində (müstəntiq Tofiq Nəbiyev) bu basqın faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə 8200 saylı cinayət işi başlanıb: “Halbuki, cinayət işinin materiallarından da göründüyü kimi, bu basqın iradəmizə zidd olaraq, zorla daxilolma ilə müşahidə olunurdu. Eyni zamanda bu basqın onun çoxsaylı iştirakçıları tərəfindən əmlaklarımızı ələ keçirmək məqsədi güdüb və hədələrlə, hətta həyatımıza və sağlamlığımıza təhlükə ilə baş verib. Bunlarla yanaşı, basqın nəticəsində daşınmaz və digər əmlaklarımızın sökülməsi və yararsız hala salınması nəticəsində bizə külli məbləğdə zərər vurulub. Reallıqda Cinayət Məcəlləsinin 157.2-ci (Mənzil toxunulmazlığını pozma-zor tətbiq etməklə), 181.2-ci (Quldurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədilən, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla törədilən, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədilən-link, bel, dəmir parçası və s.), 186.2-ci maddələri ilə (Əmlakı qəsdən məhvetmə və ya zədələmə) nəzərdə tutulmuş əməllər mövcuddur.
İstintaq zamanı sakinlərin və tikinti şirkəti əməkdaşlarının (prezidenti R. Sultanov və onun müvinindən başqa – basqına bilavasitə rəhbərlik edənlər) üzləşmələri, basqının video-yazılarına baxış və sübut qismində qəbul edilməsi, mənzillərimizə vurulmuş ziyanın təsdiqi barədə məhkəmə ekspertiza rəylərinin alınması, zərərçəkmiş qismində sakinlərin tanınması barədə istintaqın qərarları (Hüseynov Elmaz, Abdullayev Faiq, Kərimova Firəngiz, Verdiyev Qurban) istintaqdan yayındıqları üçün R. Sultanovun və müavininin məcburi gətirilmələri barədə istintaqın qərarının verilməsi və s. hərəkətlər həyata keçirilib.
Lakin bunlardan sonra iş üzrə istintaq qəflətən dayandırıldı. İstintaqın davam etdirilməsi və hətta istintaqın bu barədə qərarının qanunamüvafiq qaydada bizə təqdim olunması üçün çoxsaylı müraciətlərimiz cavabsız qaldı - Baş Prokurorluqdan və Ombudsmandan bizə göndərilən məktublara baxmayaraq.
İstintaqın və ona nəzarət edən prokurorluğun qanunsuz hərəkətlərindən (hərəkətsizliyindən) istifadə edən R. Sultanov, basqın hadisəsindən bir neçə il keçdikdən sonra tamamilə başqa bir “əsas” ilə (guya binamızdakı mənzillər hansısa “şifahi” (?!) alqı-satqı müqavilələri əsasında 2003-cü ildə onun tərəfindən alınıb) Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. Onun bu iddiası hər üç məhkəmə instansiyası tərəfindən rədd olundu.(2012)
İstintaqın və ona nəzarəti həyata keçirən prokurorluğun hərəkətlərindən (hərəkətsizliyindən) istifadə edən R. Sultanov, “şifahi” alqı-satqı müqavilələrinin olmaması halına dair Ali Məhkəmənin sözügedən qərarına və AR CPM-nin 142.2-ci maddəsinin mütləq tələblərinə zidd qaydada, bundan sonra 2015-ci ildə həmin “əsaslar” üzrə AR CM-nin 178.3-cü maddəsi (Dələduzluq) ilə cinayət işinin açılmasına nail oldu. Bu dəfə Yasamal RPİ-də (AR CPM-si ilə ərazi prinsipinə dair mütləq tələbi ötüb keçmək və basqın ilə bağlı cinayət işinin icraatda olduğu Nəsimi RPİ-yə getməmək məqsədilə yeni bir “dəlil” uydurub ki, guya deyilən “şifahi” müqavilələr Yasamal rayonu ərazisində “bağlanıb”). Bu cinayət işi həmçinin, AR CM-nin 75-ci maddəsində göstərilən, müddətin keçməsinə dair prinsipin mütləq qaydada tətbiqi haqqında tələbə zidd başlanılıb.
Hazırda Nəsimi Rayon Məhkəməsinin məhkəmə nəzarəti qaydasında qanuni qüvvəsini almış qərarına əsasən, 8200 saylı cinayət işinin (tikinti şirkəti tərəfindən mənzillərimizə basqın faktı ilə bağlı) dayandırılması barədə müstəntiqin qərarı ləğv olunub və icraatın dayandırılması üçün istintaqa göndərilib. Həmin məhkəmə qərarında müəyyən olunduğu kimi, bu cinayət işində olan bütün sübutlar qanunsuz qaydada buradan götürülüb. (Dindirmə və üzləşmə protokolları, məhkəmə ekspertiza rəyləri və s.) Nəsimi Rayon Prokurorluğundan aldığımız rəsmi məktubdan məlum olur ki, bu cinayət işi sonuncu dəfə R. Sultanovun həmin vaxt Bakı Şəhər Prokurorluğunda işləyən qardaşı Elçin Sultanovun “şifahi” sorğusuna əsasən ona göndərilib. Halbuki, məlum olduğu kimi, AR CPM-si ilə cinayət işinin qeyri-rəsmi tələb olunması və göndərilməsi nəzərdə tutulmayıb”.
E. Hüseynov iddia edir ki, növbəti əməllərini gizlətmək məqsədilə Rəhimov qardaşları, bundan əvvəl icraatına xitam verilmiş Yasamal RPİ-nin cinayət işinin icraatını bərpa ediblər və hazırda istintaq vasitəsilə qarşı tərəfə psixoloji təzyiq göstərilir: “Yəni AR CPM-nin 226-cı maddəsi ilə mütləq qaydada tələb olunan çağırışların əvəzinə öz şəxsi mobil telefonları vasitəsilə dərhal gəlməyimizi tələb edir, bizə hədə-qorxu gəlirlər və s.”.
Bütün bunları nəzərə alan Elmaz Hüseynov “Kaspian Service” MMC-nin və onun prezidenti Rəhim Sultanovun iddialarını əsassız sayaraq rədd edir.
Redaksiyanın zəruru qeydi: bir daha diqqətə çatdırırıq ki, həm E. Hüseynovun, həm “Kaspian Service” MMC-nin rəhbəri R. Sultanovun, həm də bu işdə adı hallanan digər şəxslərin mövqeyinə hörmətlə yanaşırıq və tərəflərə bir daha yer ayırmağa hazırıq. Redaksiyanı hansısa tərəfin müdafiəçisinə çevrilməkdə ittiham etməyə əsas yoxdur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Dünən, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Dünən, 12:53
Sabah yağış yağacaq
Dünən, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Dünən, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Dünən, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz