20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

Diş əti xəstəlikləri ümumi orqanizm xəstəliyi kimi dəyərləndirilməlidir - Həkim
Tarix: 12-10-2021 13:10 | Bölmə: Cəmiyyət

“Diş əti xəstəlikləri hazırki dövrün ən aktual problemlərindən sayılır. Diş əti xəstəlikləri dedikdə, diş ətinin, başqa sözlə, dişi dəstəkləyən toxumaların iltihabi xəstəlikləri nəzərdə tutulur. Yetkinlərdə dişlərin itirilmə səbəblərinin 70 faizi məhz diş əti xəstəliklərindən qaynaqlanır”.
Reyting.az xəbər verir ki, bunu həkim-stomatoloq Nazim Pənahov deyib. O bildirib ki, bu xəstəliklərə erkən mərhələdə diaqnoz qoyulduqda asanlıqla və uğurla müalicə edilə bilər:
“Diş əti xəstəliyinin qarşısının alınması və ya erkən dövrlərində müalicəsi dişlərin qorunması baxımından vacib olduğu qədər, qidanı yaxşı çeynəmək və daha yaxşı həzm etmək nöqteyi-nəzərindən də çox böyük dəyər daşıyır.
Diş əti xəstəlikləri adətən diş ətinin iltihabı – gingivit ilə başlayır. Xəstəliyin ilkin mərhələsində diş ətlərinə toxunduqda və ya heç bir səbəb olmadan qanayır, rəngləri tünd-qırmızı olur və həcmcə böyüyür. Diş əti xəstəliyinin ilk və ən əhəmiyyətli əlaməti olan qanamaya səbəb dişlər üzərində yığılan və xəstəliyə səbəb olan bakteriyaların müəyyən bir dönəmdə diş ətini iltihablaşdırmasıdır. Bəzən xəstəliyin erkən dövrlərində çox narahatlığa səbəb olmasa da, müalicə edilməzsə, xəstəlik sonrakı mərhələdə parodontitin digər mərhələlərinə keçə bilər və dişləri dəstəkləyən alveol sümüyündə geridönməz dəyişikliklər yarada bilər. Ağızdan qan və irin qoxusunun gəlməsi, eləcə də diş ətialtı və diş ətiüstü diş daşlarının yığılması bu xəstəliyin sonrakı əlamətləri arasındadır”.
Onun sözlərinə görə, diş əti xəstəliklərini ümumi orqanizm xəstəliyi kimi dəyərləndirmək lazımdır:
“Bu səbəbdən diş əti xəstəliklərinə təkcə ağız boşluğunun problemi kimi baxmaq olmaz. Həkim xəstəliyin səbəbini araşdırıb tapdıqdan sonra ümumi orqanizm səviyyəsində müalicə olunsa, daha effektiv və stabil nəticə almaq olur”.
N. Pənahov əlavə edib ki, diş əti xəstəliyi olan insanların 30 faizinin ailələrində də bu problemlərin olduğu müəyyənləşib: “Məlumdur ki, ağız və diş qulluğuna ciddi əhəmiyyət verməyən insanlar diş ətinin xəstəliyinə digərlərindən 6 qat daha çox məruz qalırlar.
Bir çox xəstəliyin etioloji faktoru olan siqaret, diş ətinin də problemlərinə səbəb olur və diş əti xəstəliklərinin inkişafına yol açır. Bədənin infeksiyalara qarşı müdafiəsiz qalmasına səbəb olan stress, diş əti xəstəliklərinin yaranmasında da təsirlidir.
Bədənin immunitetini gücləndirmək üçün qida maddələrinə diqqət yetirmək lazımdır. Buna məhəl qoyulmadıqda orqanizm xəstəliklərə qarşı həssas olur. Zərərli qida vərdişləri və infeksiyaların əmələ gəlməsini sürətləndirən metabolizm pozulmaları və artıq çəki ilə mübarizə aparılmazsa, diş əti xəstəliklərinin də inkişafının qarşısı alınmaz. Bununla yanaşı, bədəndə bəzi vitaminlərin əskikliyi də diş əti problemlərinə səbəb olur.
Diş əti xəstəliyinin erkən mərhələlərini lazımi diş məcunu, diş fırçası, diş sapından daimi istifadə və düzgün təmizləmə texnikasına riayət etməklə önləmək olar. Mütəmadi aparılan stomatoloji müayinələr ilə diş əti xəstəliklərinin qarşısı alına bilər.
Ortodontiya - diş-çənə anomaliyalarının müalicəsi və profilaktikası ilə məşğul olan bir sahədir. Ortodontiyada dişlərin, diş sıralarının, əngin və çənənin düzgün münasibəti və ideal estetik nizamına nail olmaq üçün müalicə aparılır. Hazırda ortodontik problemlərin hansı yaşda müalicə olunması ciddi problem olmasa da, ancaq diş-çənə anomaliyasının fəsadlarının qarşısını almaq üçün erkən yaşlarda aparılan müalicə daha vacibdir. Diş-çənə anomaliyalarının bir çox səbəbi ola bilər. Dişlərin vaxtından əvvəl çəkilməsi, dişlərin anomal quruluşu, dar əng və ya çənə bu amillərdəndir. Həmçinin bəzi diş-çənə anomaliyaları irsi olaraq da valideynləridən uşağa ötürülə bilər. Bu vəziyyətdə uşağı erkən yaşlarından mütəmadi olaraq diş həkiminə gətirmək lazımdır”.
Həkim əlavə edib ki, bəzi zərərli vərdişlər də anomaliyaların formalaşmasına təsir edir: “Baş barmağı, yanağı və ya dodaqları gəmirmək, əmzikdən uzun müddət istifadə etmək, qələmi dişlər arasında tutaraq dişləmək kimi vərdişlər buna nümunədir”.
Həkim qeyd edib ki, uşaq qaşıqla qidalanmağa keçdiyi zamandan əmzik istifadəsini dayandırmaq lazımdır:
“İrsi diş problemlərinin qarşısını almaq mümkün olmasa da, belə halda erkən müalicəyə başlamaq lazımdır. Süd dişləri daimi dişlərin öz normal yerinə çıxması məqsədilə üz-çənə skelet sistemini hazırladığı üçün onların erkən, vaxtı çatmadan çıxarılması da ciddi problemlərə səbəb olur. Uşaq yaşlarından dişlər gündəlik fırçalanmalı və qulluqlarına laqeyd yanaşmamalıyıq. Ortodontik müalicə dişlərin görünüşünü yaxşılaşdırır və gözəl bir təbəssümü təmin edir. Ancaq düzgün diş-çənə quruluşu təkcə estetik görünüşü təmin etmir, həm də çeynəmənin rahat və nitqin səlis olmasına köməklik edir.
Anomal yerləşən dişlərin düzəldilməsi ağız sağlamlığı üçün də vacibdir. Dişlərdəki sıxlıq, əyrilik dişlərinizin dayaq aparatını zəiflədə bilər ki, bu da ağız sağlamlığı üçün risk deməkdir. Diş-çənə anomaliyası müalicə edilməzsə, dişlərin kariyesi, diş əti xəstəliyi, diş itkisi, nitq və çeynəmə qüsurları, gicgah-çənə oynağının problemləri kimi narahatlıqlara yol aça bilər”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Dünən, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Dünən, 12:53
Sabah yağış yağacaq
Dünən, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Dünən, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Dünən, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz