Bakıda 5 nəfərin ölümünə səbəb olan qəza ilə bağlı cinayət işi açılıb
Tarix: 13-10-2021 09:21 | Bölmə: Cəmiyyət
Bakıda 5 nəfərin ölümünə səbəb olan qəza ilə bağlı cinayət işi açılıb

Aeroport yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Reyting.az
-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq