28 may qeyri-iş günü, 18 oktyabr isə iş günü olan olacaq
Tarix: 15-10-2021 14:10 | Bölmə: Cəmiyyət
28 may qeyri-iş günü, 18 oktyabr isə iş günü olan olacaq

Milli Məclisdə “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı bildirib ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

“Həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq”, - Dövlət Xidmətinin rəsmisi vurğulayıb/APA




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq