Ənvər Çingizoğlunun “Kəbirli eli” kitabı işıq üzü görüb - Foto
Tarix: 18-10-2021 08:07 | Bölmə: Cəmiyyət
Ənvər Çingizoğlunun “Kəbirli eli” kitabı işıq üzü görüb

Jurnalist-etnoqraf, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlunun yeni kitabı işıq üzü görüb. Bu barədə Reyting.az-a “Mütərcim” nəşriyyatından məlumat verilib.

Kitab “Kəbirli eli” adlanır. Nəşrdə Azərbaycan xalqının etnogenezində, siyasətində və mədəniyyətində mühüm rol oynayan Kəbirli eli və oymaqlarının yaşam yolundan bəhs olunur. Elin dünyaya bəxş etdiyi önəmli şəxsiyyətlərdən, böyük simalardan söhbət açılır.

Kitabda elin inkişaf tarixi izlənir. Əhalinin sosial və milli tərkibində siyasi, etnoloji baxımdan baş verən dəyişikliklər nəzərə çatdırılır.

Kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə Kəbirli elinin tarixi, etnoqrafiyası və genealogiyasının araşdırılmasına təşəbbüs göstərilir. Azərbaycanın tanınmış soyları olan novruzbəyovların, mehmandarovların, haqverdiyevlərin, vəlibəyovların, rüstəmbəyovların və digər nəsillərin şəcərəsi kitabda öz əksini tapıb.

Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Nərgiz Quliyeva, redaktoru Vasif Quliyev, rəyçiləri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Afət Rüstəmbəyova, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Şəhla Nurizadə, məsləhətçi Emin Musəvidir.

“Mütərcim” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab tarixçilər, genealoqlar və sadə oxucular üçün nəzərdə tutulub.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}