Nazir: "Azad olunan hər bir ərazisində tam sosial infrastruktur yaradılacaq"
Tarix: 18-10-2021 14:00 | Bölmə: Cəmiyyət
Nazir: "Azad olunan hər bir ərazisində tam sosial infrastruktur yaradılacaq"

"Azərbaycanın işğaldan azad olunan hər bir ərazisində tam sosial infrastruktur yaradılacaq".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərdə sosial infrastrukturun yaradılması üzərində iş aparılır: "Regional DOST mərkəzləri, eyni zamanda yaşayış məntəqələrində DOST filialları da olacaq. Eyni zamanda reabilitasiya bərpa mərkəzlərinin, sosial xidmət müəssisələrinin yaradılmasına dair təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib. Hər rayonun baş planı hazırlanan zaman həmin müəssisələr üçün lazımi infrastruktur qurulacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}