Şəkidə 51 yaşlı kişi bıçaqlanıb
Tarix: 18-10-2021 15:40 | Bölmə: Cəmiyyət
Şəkidə 51 yaşlı kişi bıçaqlanıb

Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb.

Belə ki, şəhər sakini 1970-ci il təvəllüdlü Murad Xeyrullah oğlu Səmədov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Səlahəddin İsmayılov tərəfindən bıçaqlanıb. Kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan 51 yaşlı M.Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Səlahəddin İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}