16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prokurorluq: "Sənay Qəhrəmanlının zorlanması ilə bağlı cinayət işi açılıb"
Tarix: 18-10-2021 16:49 | Bölmə: Cəmiyyət
Prokurorluq: "Sənay Qəhrəmanlının zorlanması ilə bağlı cinayət işi açılıb"

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb.

Reyting.az
xəbəər veirr ki. bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib:

"Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur".

Xatırladaq ki, S.Qəhrəmanlı AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının qızıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}