17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb
Tarix: 19-10-2021 10:14 | Bölmə: Cəmiyyət
Daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb

Sentyabrın 29-dan indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 14 qrupunda təhsil alan tələbələr arasında koronavirusa yoluxma faktı qeydə alınıb.

Reyting.az
xəbər verir ki, həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov faktı təsdiqləyib.

Onun sözlərinə görə, universitetin poliklinikası və şəhər Epidemoloji Mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib: “14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrupun yoluxmuş tələbələri bu dövrü bitirib və ənənəvi təhsilə geri dönüblər. Tələbələr arasında virusu ağır keçirən yoxdur”.

Tədrisin ənənəvi formada bərpasından sonra Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb.

BMU-dan bildirilib ki, həmin tələbələr dərhal nəzarətə götürülüb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb: “Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb”.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetində yoluxma səbəbindən bir neçə qrup distant təhsilə keçib/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}