17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Slovakiyadan Azərbaycana minatəmizləmə texnikası gətiriləcək
Tarix: 19-10-2021 13:22 | Bölmə: Cəmiyyət
Slovakiyadan Azərbaycana minatəmizləmə texnikası gətiriləcək

“Yaxın həftələrdə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılmış və 44 gün davam edən Zəfərin ildönümünü qeyd edəcəyik. Azərbaycan torpaqlarının azad edilməsi və Slovakiyanın bölgənin inkişafına hansı töhfələr verəcəyi məsələlərini müzakirə etdik”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan azad olunan ərazilərin minlardan təmizlənməsi sahəsində Slovakiya ilə əməkdaşlıq edir: “Slovakiyadan 7 minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb. Bu yaxınlarda həmin texnikanın birinci hissəsi Azərbaycana gətiriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}