Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 19-10-2021 23:21 | Bölmə: Cəmiyyət
Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə şübhəli bilinən şəxs saxlanılıb
F. Qərəmanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüz etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Reyting.az
-ın bu barədə Sənay Qəhrəmanlının anası Zümrüd Yağmur məlumat yayıb.

Məlumata görə, Əsgər Yusif oğlu Ağazadə bu gün şübhəli şəxs qismində saxlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, 27 iyul 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}