Sabiq sədrin cinayət işi məhkəməyə göndərilib
Tarix: 21-10-2021 11:46 | Bölmə: Cəmiyyət
Sabiq sədrin cinayət işi məhkəməyə göndərilib

Ağcabədi rayon Minəxorlu kənd bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Rayon prokurorluğunun məlumatına görə, Ədalət Mənsimov Minəxorlu kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. O, 5 min 839 manat bələdiyyə vəsaitini bələdiyyənin hesabından məxaric edərək mənimsəyib, bələdiyyə torpaqlarının ayrı-ayrı şəxslərin istifadəsində qalmasına qanunsuz şərait yaratmaq məqsədilə həmin torpaq sahələri üzrə hərrac müsabiqəsi nəticəsində müəyyən olunmuş icarə haqqı qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınmasına dair məsələni heç bir hüquqi əsas olmadan bələdiyyə üzvlərinin müzakirəsinə çıxararaq buna dair qərar qəbul olunmasına nail olmaqla hərrac müsabiqəsi ilə müəyyən edilmiş icarə haqqını bir neçə il ərzində bələdiyyə xəzinəsindən kənarda saxlayıb. Bununla da bələdiyyənin qanunla qorunan mənafeyinə 80 min manat maddi zərər vurulub, həmçinin ayrı-ayrı şəxslərin istifadəsinə bələdiyyə torpaqlarının veriləcəyi ilə bağlı yalan vədlər verərək onlardan ümumilikdə 7 min 500 manatını alaraq dələduzluq edib.

İş üzrə toplanmış sübutlar əsasında Ədalət Mənsimov Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq