Şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın yol qəzasında ölüb - Foto
Tarix: 21-10-2021 16:57 | Bölmə: Cəmiyyət
Şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın yol qəzasında ölüb

Zərdabda şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Vətən müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.

Avtomobildə olan digər sərnişin də qəzada ölüb.

Zərdab rayon icra başçısının köməkçisi Səməd Cəfərov APA-ya faktı təsdiqləyib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}