10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Salyanda COVID-19 xəstəsi yas mərasimində saxlanılıb
Tarix: 22-10-2021 10:31 | Bölmə: Cəmiyyət
Salyanda COVID-19 xəstəsi yas mərasimində saxlanılıb

Salyan rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a verilən məlumata görə, adıçəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər