10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Bakıda daha bir məktəb bağlanıb
Tarix: 22-10-2021 13:43 | Bölmə: Cəmiyyət
Bakıda daha bir məktəb bağlanıb

Bakı şəhərindəki 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.




Bölməyə aid digər xəbərlər