Məktəbli qıza təcavüz etmək istəyən taksi sürücüsü döyülüb
Tarix: 22-10-2021 15:45 | Bölmə: Cəmiyyət
Məktəbli qıza təcavüz etmək istəyən taksi sürücüsü döyülüb

Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonu ərazisində azyaşlı qıza təcavüzə cəhd etməsi ilə əlaqədar cinayət işi açılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib. Buna cavab olaraq qızın yaxınları taksi sürücüsünü döyərək lentə alıb. Həmin videogörüntülər sosial şəbəkələrdə yayıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq